ATƏT-in nümayəndəsi Mətbuat Şurasında olub

ATƏT-in nümayəndəsi Mətbuat Şurasında olub backend

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in şöbə rəhbəri Blerim Vela ilə görüşüb.

Şuradan AZƏRTAC-a verilən məlumata görə Ə. Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. Mətbuat Şurasının bir çox beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri ilə əməkdaşlıq etdiyini vurğulayan Ə.Amaşov bu əlaqələrin media sahəsindəki təcrübənin Azərbaycanda tətbiqi baxımından əhəmiyyətinə toxunub.

ATƏT nümayəndəsi təmsil etdiyi təşkilatın Azərbaycanla münasibətlərinin müxtəlif aspektlərindən danışıb. B. Vela bildirib ki, media sahəsindəki əməkdaşlıq prioritet təşkil edir.

Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Birgə əməkdaşlığın mümkün variantları nəzərdən keçirilib. Belə müzakirələrin davamlı xarakter daşımasının vacibliyi ifadə olunub.



Diaspora