“The Korea Times” qəzeti Şuşanın işğalından yazır

“The Korea Times” qəzeti Şuşanın işğalından yazır backend

Koreya Respublikasının geniş ingilisdilli oxucu kütləsinə malik “The Korea Times” qəzetində Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalının ildönümü ilə əlaqədar məqalə dərc olunub.


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə bağlı bəyanatı əsasında hazırlanan “Bakı Şuşa şəhərinin işğalının 25-ci ilini qeyd edir” adlı məqalə Dağlıq-Qarabağ münaqişəsinin qısa tarixçəsində bəhs edilib, müharibə nəticəsində Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib. Yazıda Şuşa şəhərinin işğalı zamanı 195 azərbaycanlının öldürülməsi, 165 nəfərin yaralanması, 68 nəfərin girov götürülməsi, habelə erməni vandallığı nəticəsində şəhərdə yerləşən muzeylərin, tarixi-mədəni abidələrin və məscidlərin dağıdılması, minlərlə insanın qaçqın və məcburi köçkünə çevrilməsi barədə faktlar əksini tapıb.

Sonda bölgədə sülh və təhlükəsizliyin bərpa olunacağına, Azərbaycana qarşı uzun sürən işğalçılıq siyasətinin sona yetəcəyinə ümid ifadə edilib.