"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında komandalar arasında cüdo yarışlarına start verilib.
KişilərKişilərdən ibarət cüdo komandamız mübarizəyə 1/8 finaldan başlayıb. Yığmamız Qazaxıstanı 5:0 hesabı ilə məğlub edib. 1/4 finalda rəqib Türkiyə yığmasıdır.
Qadınlar
Azərbaycan millisinin qadınlardan ibarət komandası da ilk görüşdə qalib gəlib. Qadın cüdoçularımız Özbəkistan komandası ilə qarşılaşıb.
Gərgin keçən mübarizədə komandamız 3:2 hesabı ilə qalib gəlib.
***
AzVision.az xəbər verir ki, kişilər və qadınlar arasında cüdo yarışları saat 10:00-da başlayıb.
Azərbaycan yığması da bu yarışda təmsil olunacaq. Cüdo yığmamız Türkiyə komandası ilə mübarizə aparacaq.
Qeyd edək ki, final mərhələsinin görüşləri saat 15:30-da başlayacaq.