Tiflis konransında erməniləri necə susdurduq?

Tiflis konransında erməniləri necə susdurduq? backend

QAZİLER.AZ xəbər verir ki, tanınmış jurnalist, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Tiflisdə 2 günlük konfransda iştitak edib.

O, Konfransdan dönər-dönməz facebook səhifəsində konfrans haqda status paylaşıb. Statusu diqqətə çatdırırıq:

Dostlar, bildiyiniz kimi 10-11 may günlərində Tiflisdə ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin 14-cü Güney Qafqaz media konfransı keçirildi. Azərbaycandan tənqidçi dostlarımızla yanaşı 2 dövlət məmuru da iştirak və çıxış etdi.

XİN-in sözçüsü Hikmət Hacıyev və Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov.

Hər ikisi Azərbaycanı ən layiqli şəkildə - yüksək peşəkarlıqla təmsil etdi. Özəlliklə ermənilərlə müzakirə və mübahisələrdə Hikmət müəllimin ciddi fərqləndiyini vurğulamaq istərdim. Adam erməniləri rəsmən çılğına döndərdi. Hər zaman dediyim kimi, uyğun kadrı uyğun zamanda uyğun yerə göndərəndə biz mütləq sözümüzü deyib nəticə əldə edə bilirik. Bu dəfə də elə oldu.

Ermənilərin gücü ona çatdı ki, öz mediyalarında Hikmət Hacıyevin çıxışını tamamlamasına mane olduqları yalanını yazdılar. Amma Hikmət müəllim nəinki çıxışını tamamladı, hələ əlavə şərhlərlə onlara və onların sırasında yer almış Arzu Qeybullaya layiqli cavab verdi.

Təbii ki, biz də boş durmadıq...

QAZİLER.AZ