Şəmistan Əlizamanlı çıxış edərək, Nuru Paşanın Türk tarixindəki rolundan, Azərbaycanın ağır günündə Qafqaz İslam Ordusun köməyindən danışıb, onun keçdiyi ağır döyüş yolu barəsində geniş məlumat verib.
Klip təqdim edildikdən sonra çıxış edən Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin ikinci katibi Murat Yalçın belə bir əsəri ərsəyə gətirdiklərinə görə, yaradıcı heyətə təşəkkürlərini bildirdi.
Tədbirdə çıxışı edənlər gənclərimizdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində işlərin aparılmasından və bunun üçün də belə marşlara ehtiyac olduğunu vurğuladılar.
Qeyd edək ki, marşın sözləri Xalq şairi Nəriman Həsənzadəyə, bəstəsi Əli Behbudzadəyə aiddir.