Kıbrısın iki ən reytinqli televiziya kanalında “Heydər Əliyev və Azərbaycan Saatı”

Kıbrısın iki ən reytinqli televiziya kanalında “Heydər Əliyev və Azərbaycan Saatı” backend

Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti (AKDC) tərəfindən Kıbrısın iki ən reytinqli televiziya kanalında – “Kıbrıs TV” və “Ada TV”-də canlı yayım ilə “Heydər Əliyev və Azərbaycan Saatı” keçirilib.

AKDC-dən Newscenter.az-a verilən məlumata canlı yayım lik olaraq Kıbrıs Tv kanalında baş tutub. AKDC-nin diaspora sədri Orxan Həsənoğlu, Sankt Peterburqda fəaliyyət göstərən Smolni Universitetinin rektoru, Akademik Heydər İmanov və AKDC-nin sədr müavini Fuad Səfərəliyev iştirakı ilə keçirilən verlişdə diaspora fəallarımız Ulu Öndər Heydər Əliyevin həyatından və xalqımızın həyatındakı önəmindən bəhs ediblər.

Daha sonra Ada Tv kanalında canlı yayımlanan verlişə çıxan qonaqlar Ulu öndərin keçdiyi şərəfli həyat yolu və uğurlu fəaliyyətindən söz açıblar. Hər kanalda bir saatdan artıq yayımlanan verilişlərdə eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ problemi və ölkəmiz sosial-iqtisadi inkişafı haqqında tamaşaçılara geniş məlumatlar verilib.

AKDC sədri Orxan Həsənoğülu bildirib ki, AKDC hər zaman ölkəmizin tarixi və əlamətdar günləri ilə bağlı Kıbrıs mediasında davamlı Azərbaycanın təbliğatını aparır. Bundan sonra da bu istiqamətdə təbrilər davam etdiriləcək və Azərbaycanın əlamətdar günlərində ənənəvi olaraq canlı yayım saatları keçirəcəklər.
Diaspora