Rusiya Federal Təhlükəsizlik Xidməti Sofiyski tərəvəz bazasını nəzarət altına almağa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Layf” televiziyası yayıb. 2013-cü ilin oktyabrından tərəvəz bazasının FTX-nın diqqətində olduğu da bildirilib.
Qeyd edək ki, Rusiyaya xaricdən meyvə idxalının 70%-i bu baza hesabına həyata keçirilir. Bu bazada daha çox azərbaycanlılar çalışırlar. Sofiyski bazasının əsas sahibi Şimali Osetiyadan olan iş adamları Teymuraz və Ruslan Misikovlardır.
32 hektar ərazisi olan bazaya Misikovlar 90-cı illərdən sahibdirlər.