“XXI əsr şagirdinə dərs deməyin üstünlükləri və çətinlikləri” mövzusunda müzakirə keçirilib

“XXI əsr şagirdinə dərs deməyin üstünlükləri  və çətinlikləri” mövzusunda müzakirə keçirilib backend

1996-cı ildə yaradılmış və 20 illik yubileyini qeyd edən Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyi (AzETA) 6-7 may 2017-ci il tarixlərində Avropa Azərbaycan Məktəbinin (EAS) akt zalında özünün XII Beynəlxalq konfransını keçirmişdir. Müzakirələr “XXI əsr şagirdinə dərs deməyin üstünlükləri və çətinlikləri” mövzusu ətrafında aparılmışdır.

Bu barədə AzETA-dan QAZİLER.AZ-a məlumat verilib.

Konfransda ölkənin əksər şəhər və rayonlarından 160 müəllim, məktəb direktoru, təhsil ekspertləri ilə yanaşı, altı xarici ölkələnin tanınmış təhsil mütəxəssisləri də iştirak etmişlər. Konfransın təşkilinə Avropa Azərbaycan Məktəbi, ABŞ səfirliyi, Azərbaycan Müəllim İnkişafı Mərkəzi, British Council təşkilatı və Təhsil Nazirliyi təşkilati dəstək göstərmişdir.

Açılış mərasimində ABŞ və Türkiyənin Azərbaycandakı səfirliklərinin, Avropa Azərbaycan Cəmiyyətinin nümayəndələri, British Council təşkilatının, Avropa Azərbaycan Məktəbinin, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin rəhbər işçiləri çıxış etmişlər.
Əsas natiqlər olan Türkiyənin təhsil mütəxəssisi doktor Erdem Söylemez “XXI əsr şagirdinin təhsilində müəllimin rolu” mövzusunda, Böyük Britaniyanın ingilis dili mütəxəssisi Les Kirkham isə “İngilis dilinin tədrisində fənlərarası inteqrasiya fonunda XXI əsr şagirdi” mövzusunda məruzə etmişlər.
Bölmə iclaslarında Azərbaycanın müxtəlif regionlarından olan mütəxəssislərlə yanaşı, ABŞ, Böyük Britaniya, Gürcüstan, Yaponiya, Özbəkistan və Türkiyədən olan 27 təhsil mütəxəssisi konfransın əsas mövzusu ətrafında təqdimatlar vermiş, könfrans iştirakçıları maraqlı müzakirələr və fikir mübadiləsi aparmışlar.