Hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq yayıb.ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, 24 və 25 aprel tarixlərinin tibbi meteoroloji proqnozu açıqlanıb.
Aprelin 24-də Abşeron yarımadasında güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da isə əlverişli komfort hava şəraiti gözlənilir.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında günlərdir əsən güclü külək sabah da davam edəcək. Aprelin 24-də şimal-qərb küləyi güclənəcək.