Bakının kanalizasiya sistemi yenidən qurulur - 14 milyon 200 min manata

Bakının kanalizasiya sistemi yenidən qurulur - 14 milyon 200 min manata backend

“Bakı şəhərində Yağış Kanalizasiya Sisteminin Təkmilləşdirilməsi ilə bağlı yaradılan işçi qrup fəaliyyətə başlayıb”.


APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib. O, işçi qrupun iclasının keçirildiyini bildirib: “Ümumilikdə, 14 layihənin həyata keçirilməsi planlaşdırılır. Hazırda 12 layihə icra olunur. Bu 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. Layihələr Bakının bütün ərazilərini əhatə edəcək”