“Sülh oyunları” adlı tədbir-sərgi keçiriləcək

“Sülh oyunları” adlı tədbir-sərgi keçiriləcək backend

Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, 2017-ci il mayın 11-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Sülh oyunları” adlı tədbir-sərgi keçiriləcək.

2013-cü il 24 iyul tarixində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Beləliklə, cari ilin 12-22 may tarixlərində Bakı şəhəri IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Həmin oyunlarda 20 idman növü üzrə 57 dövlətin 6000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Muzeydə təşkil olunmuş sərgidə gənc rəssamların əl işləri nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağaəli İbrahimov, Olimpiya çempionu Fərid Mansurov və digər qonaqlar çıxış edəcəklər, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yraradıcılıq Evinin nümayəndələri tərəfindən kompozisiya nümayiş olunacaq.

Tədbirdə gənc rəssamlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.