Nazirin atasının səhhəti pisləşdi: reanimasiyadadır

Nazirin atasının səhhəti pisləşdi: reanimasiyadadır backend

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atasının səhhəti pisləşib. QAZİLER.AZ-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, nazirin 93 yaşlı atası Məhərrəm Məmmədyarov ötən gün xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanadan saytımıza bildirilib ki, o, hazırda reanimasiyadadır.


“Qafqazinfo” Məhərrəm Məmmədyarovun çalışdığı Neft-Kimya Prosesləri İnstitutu ilə də əlaqə saxlayıb. İnstitutdan bildirilib ki, M. Məmmədyarov bu gün işə gəlməyib. O, sonuncu dəfə mayın 5-də işdə olub.

Qeyd edək ki, M. Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.