Türkiyənin 11-ci prezidenti Abdullah Gülün atası dəfn edilib.
Lent.az-ın Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan da dəfn mərasiminə qatılmaq üçün Kayseriyə gəlib. Dəfndə CHP lideri Kılıçdaroğlu da iştirak edib.A.Gül ona dəstək olan hər kəsə minnətdarlığını ifadə edib : “Allah hər kəsdən razı olsun. Bizi yalnız buraxmadılar”.
Qeyd edək ki, 91 yaşlı Ahmet Hamdi Gül dünən müalicə olunduğu xəstəxanada həyatını itirib.