İslam Oyunları zamanı dərslər keçiriləcəkmi? – RƏSMİ CAVAB

İslam Oyunları zamanı dərslər keçiriləcəkmi? – RƏSMİ CAVAB backend

“IV İslam Həmrəyliyi Oyunları orta məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək”.

Qaziler.az APA-ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavini qeyd edib ki, dərslər adi qaydada davam etdiriləcək: “Oyunların keçirilməsinin paytaxtın mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsiri olmayacaq”.

Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.