Qadağan edilmiş 365 dini ədəbiyyat və 13 CD aşkarlanıb

Qadağan edilmiş 365 dini ədəbiyyat və 13 CD aşkarlanıb backend

Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin Rayon Şöbəsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.


QAZILER.AZ-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayonun Təngərüd və Vaqo kəndərindəki 5 evə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 365 ədəd dini təyinatlı ədəbiyyat və 13 ədəd CD aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.