İrəvan: “Hər il ölkədən 30 min adam qaçır”

İrəvan: “Hər il ölkədən 30 min adam qaçır” backend

2002-ci ildən bu yana Ermənistandan hər il 30 minə yaxın şəxs emiqrasiya edir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan söyləyib.


“2002-2007-ci illərdə ölkədən illik 25-26 min nəfər gedirdi. 2007-2015-ci illər arasında isə bu göstərici 28-29 min nəfər olub. Diqqətdən emiqrasiyanın səbəbi olan sosial-iqtisadi və siyasi səbəbləri yayındırmaq olmaz”, – deyə o bildirib.