C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının böyük konfrans zalında Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək “ İctimai Birliyinin təşəbbüsü ilə“Unudulmaz teatr və kino xadimilərimiz” adlı tədbirlər planı çərcivəsindən mərhum kino aktyor Ceyhun Mirzəyevə həsr olunmuş tədbir keçirilmişdir.
Bu barədə QAZİLER.AZ-a birlikdən məlumat verilib.Tədbiri giriş sözü ilə acan “Dunya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliynin sədri Tofiq Əli-zadə tədbir iştirakçılarına Azərbaycanın kino tarixindən və eyni zamanda da Ceyhun Mirzəyevin həyat və yaradıcılığı barədə söz açıb. Bildirib ki, Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib.
"Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Daha sonra C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov cıxış edərək bildirdi ki, Ceyhun Mirzəyevin həyat və yaradıcılığı Azərbaycan gəncləri ücün bir örnək olmalıdır. Cünki, onun ürəyi daima Qarabağla döyünürdu. Daha sonra Ceyhum Mirzəyevə həsr olunmuş qısa filmə baxış olundu. Ceyhun Mirzəyeyin yaxın dostlarından olmuş Xalq artisti Elxan Qasımov cıxışında qeyd etdi ki, o işdə də evdə də cox səmimi bir insan idi. Kinostudiyada onunla görüş zamanı daima vətənpərvərlik mövzularında söhbətlərimiz olardı. Daha sonra Ceyhun Mirzəyevin rejissor kimi son filmi olan “Fəryad” filminin baş operatoru olmuş Kənan Məmmədov danışaraq film zamanı olmuş maraqı və təsirli anları xatırladı.
İki şəhid anası Dürnisə Əliyevaya danışaraq xatırlatdı ki, 1994- cü ildə ilk dəfə teleekranda göstərilən gundə mənim öğlum Əliyev Valehin ölüm xəbəri gəldi. İndi hər dəfə o Ceyhun Mirzəyevin cəkdiyi “Fəryad” filmi göstəriləndə mənim iki şəhid öğlanarım gözlərimin qabağına gəlir. Bəli, bü gün Azərbaycan kino salnaməsində yeri görünən Ceyhun Mirzəyevə amansız ölüm imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis hiss edən Ceyhun evə güclə çatdırıldı. Ceyhun Mirzəyev 1993-cü ildə vəfat edib. Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!