Azərbaycanda mikroavtobus aşıb yandı: xeyli yaralı var

Azərbaycanda mikroavtobus aşıb yandı: xeyli yaralı var backend

Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.


Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində yanğın baş verib.

Mikroavtobusun içərisində olan 8 sərnişin yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin orta ağır olduğu deyilir.

Fakt araşdırılır.