Bu gün şəhid Zakir Cəfərovun doğum günüdür. Zakir Cəfərov -1996-cı il mayın 3-də Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb.
QAZİLER.AZ-ın məlumatına görə, o, 2017-ci ilin fevral ayının 25-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman ayağından yaralanıb və özü yaralı ayağını sarıyıb.Daha sonra güllələrin altında qalan yaralı komandirini xilas edərkən şəhid olub.

Əslən Ağdam rayonunun Seyidli kəndindən olan şəhid Zakir Cəfərov Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsində dəfn olunub.
Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
QAZİLER.AZ