Arzu Rəhimov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Kürdəmirdə vətəndaşları qəbul edəcək backend

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov mayın 18-də saat 11:00-da Xidmətin Kürdəmir rayon şöbəsində Hacıqabul, Şirvan, Salyan, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Bu barədə QAZİLER.AZ-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların 15.05.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhər və rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.