Sürücülər, diqqət: bu prospektdə rənglənmə işi aparılır

Sürücülər, diqqət: bu prospektdə rənglənmə işi aparılır backend

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Cəmiyyətdən Lent.az-a verilən məlumatda bildirilir ki, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri bu gün səhər saat 10:00 - dan etibarən Xətai rayonu, Nobel prospektində aparılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.