QAZİLER.AZ-ın verdiyi məlumata görə, Nizami rayonu Etibar Cəlilov adina 272 saylı tam orta məktəbdə Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı ilə “Dünyanı necə gözəlləşdirək? Müharibəyə son, yer üzündə sülh olsun!” adlı görüş tədbiri keçirilib.
Məktəbin tədbirində müxtəlif təşkilatlardan ictimaiyyət nümayəndələri qonaq qismində iştirak ediblər.Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin şagirdləri dünya xalqalrının geyimlərində müxtəlif rəqslər və musiqilər ifa edərək bir-birindən maraqlı kompozisiyalar təqdim ediblər.
Tədbridə Şəmistan Əlizamanlı çıxış edib. O, qonaqların və şagirdlərin qarşısında “Cənab Leytenant!” və “Can Azərbaycan” vətənpərvərlik mahnılarını ifa edib.
Məktəblilər və qonaqlar Şəmistan Əlizamanlının ifasını böyük coşğu ilə qarşılayaraq onu ayaq üstə alqışlayıblar.
Tədbirdə o da vurğulanıb ki, belə görüşlərin tez-tez təşkil edilməsinə böyük ehtiyac var. Bu görüşlər gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanmasında çox böyük rol oynayır.
QAZİLER.AZ