Papanın qərəzli yanaşması

Papanın qərəzli yanaşması backend

Ərəstun Mehdiyev: "Papanın bəyanatı qərəzli yanaşmanı ortaya qoyur"

“Bu gün dünya birliyində özünün layiqli yerini tutan Türkiyə vaxtilə üz-üzə dayandığı dövlətlərlə bir sırada durur, eyni dəyərləri bölüşür, demokratik cəmiyyət qurur, birgə yaşayış prinsiplərinə, əməkdaşlıq prinsiplərinə söykənərək bugünkü dünyanın daha azad, sərbəst, sülhsevər olması uğrunda öz siyasi xəttini həyata keçirir. Buna baxmayaraq, təəssüf ki, o zaman türk dünyasına, dövlətinə qarşı birləşərək onu boğmağa çalışan müəyyən dövlətlər bu gün də anti-türk, anti-müsəlman ruhundan qidalanaraq ikili standartları həyata keçirməyə çalışır”.

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Heydər Əliyev Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala – 100” adlı elmi konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu standartlar çərçivəsində bugünkü dünya nizamını müəyyənləşdirmək üçün addımlar atılır.

Ə. Mehdiyev qeyd edib ki, səlib yürüşünün təşəbbüskarları, icraçıları bu gün də öz məkrli siyasətindən əl çəkmir. Onun sözlərinə görə, qondarma "erməni soyqırımı" məsələsini iddia kimi əlində bayraq edərək Türkiyəyə, onun yaxın dövlətlərə, o cümlədən Azərbaycana təzyiq göstərməyə çalışırlar: “İstər Papanın bəyanatı, istərsə də Avropa Parlamentinin qərarı Türkiyənin, Azərbaycanın maraqlarına qarşı yönəlib, həqiqəti təhrif edir, saxtalaşdırır, qərəzli yanaşmanı ortaya qoyur. Ona görə də Azərbaycanda bu ikili standartlara, tarixin bu cür saxtalaşdırılmasına qarşı mövqe ifadə olunur. Müasir dövrdə birgə tarixi araşdırmaların aparılması zəruridir. Azərbaycan və Türkiyə tarixçilərinin bu məsələlərə yenidən baxması, yeni sənədlər, mənbələr əsasında tarixi həqiqətləri aşkarlaması ,onun ölkələrimizdə işıqlandırılması və dünya ölkələri qarşısında nümayiş etdirilməsi bu gün qarşımızda duran əsas vəzifələrdən biridir".
Diaspora