2016-cı ildə övladlığa götürülmüş və övladlığa götürmənin ləğvi ilə bağlı statistika açıqlanıb.
Modern.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2016-cı ildə ümumilikdə 773 nəfər övladlığa götürülmə faktı qeydə alınıb. Onlardan 14 nəfəri əcnəbilər və ya vətəndaşlığa olmayan şəxslər tərəfindən himayə edilib.Ümumilikdə övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 63-dür.
Əlavə olaraq bildirilib ki, övladlığa verilən uşaqlardan 371 nəfəri qızlar olub, onlardan 7 nəfəri əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilib.
1 yaşa qədər övladlığa götürülmüş 167 uşaqdan (onlardan 90 nəfər qız) 2 nəfəri əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 1 yaşına qədər övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 2-dir.
1-5 yaşlı övladlığa götürülmüş 344 uşaqdan 4-ü əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilib. 1-5 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 8-dir.
6-10 yaşlı uşaqlardan 152 nəfəri övladlığa götürülüb. Onlardan 4 uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 6-10 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 8-dir.
11-17 yaşda 110 uşaq övladlığa verilib. Onlardan 4 nəfəri əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 11-17 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 42-dir.