Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tezliklə Moskvaya səfər edəcək. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiostansiyalarının birgə efirində deyib.
O, səfərin may ayında nəzərdə tutulduğunu desə də, konkret tarixi dəqiqləşdirməyib: "Səfər zamanı Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, əməkdaşlığın geniş spektrini müzakirə edəcəyik".Elmar Məmmədyarov Moskvaya səfər edəcək

