Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Bakıya gəlib.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu gün nazir Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.Həmçinin akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. F. Kaya Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsinin önünə də əklil düzüb.