MTN-in sabiq Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə iş icraata verilib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçiriləcək proses həmin məhkəmənin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib.Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.
Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub.
MTN barəsində aparılan istintaq zamanı tutduğu vəzifədən azad edilən
general-mayor MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.
Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.