43 avtobusun marşrutu dəyişdiriləcək

43 avtobusun marşrutu dəyişdiriləcək backend

13 marşrut avtobusunun asma körpü ilə Qara Qarayev prospekti istiqamətində hərəkət etməsi nəzərdə tutulub

İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışı və bağlanma günlərində Bakı şəhər və şəhərətrafı 43 avtobus marşrut xətlərinin mövcud sxemlərində dəyişikliklərin edilməsi nəzərdə tutulub.XezerXeber.com xəbər verir ki, bu barədə "report"a ”Bakı Sərnişin Nəqliyyatı” MMC-dən məlumat verilib.

Bundan başqa, aprelin 1-də Olimpiya Kəndinin qarşısındakı yolun bağlanması ilə əlaqədar olaraq “Koroğlu” metro stansiyasına şəhər istiqamətində daxil olan 13 marşrut xətlərində dəyişiklik edilərək avtobusların hərəkətinin asma körpü ilə Q.Qarayev prospekti istiqamətində təşkil edilməsi nəzərdə tutulub.
Diaspora