Arxeoloq Səfər Aşurov “Milli İrs mükafatına” layiq görüldü

Arxeoloq Səfər Aşurov “Milli İrs mükafatına” layiq görüldü backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə layihəsi olan smartfonlar vasitəsilə tarix-mədəniyyət abidələri haqqında maarifləndirmə və tanıtım məqsədi daşıyan “Sirli Bakı” layihəsi də təqdim olundu. Mərasimdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslərə və təşkilatlara Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” təqdim edildi.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov da Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə mükafata layiq görülən ziyalılarımız sırasında idi.