Beynəlxalq elmi konfrans keçiriləcək

Beynəlxalq elmi konfrans keçiriləcək backend

Görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin yubileylərinin və misilsiz fəaliyyətinin müxtəlif problemlərinə dair beynəlxalq elmi konfransların təşkili və keçirilməsi sahəsində AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda zəngin təcrübə toplanılmışdır.

Bu baxımdan növbəti tədbir AMEA-nın Rəyasət Heyətinin və şəxsən Prezident, akademik Akif Əlizadənin dəstəyi ilə 1 may 2015-ci il tarixdə Fəlsəfə və Hüquq İnstitutunun Akt zalında, Ümummilli Lider, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr edilmiş “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Qaziler.az-a verilən məlumata görə, konfransda Azərbaycan Respublikası Prezident Aparatının, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkiliyin nümayəndələri, ölkəmizin elm və təhsil qurumlarının tanınmış alimləri ilə yanaşı, Almaniyanın Postdam Universitetinin hüquq fakültəsinin kanslerləri, hüquq doktoru, prof. Uve Xelmanın, hüquq doktoru, prof. Pavel Qolovnenkovun, Diana Ştaqenin, Makedoniyanın Müqəddəs Kirill və Üsulları Universitetinin dekan müavini, h.e.d., prof. Nikola Tupaçevskinin, Ankara Strateji İnstitutunun rəhbəri, prof. Mehmet Özcanın, Türkiyə Cümhuriyyətinin Qazi Universitetinin kafedra müdirləri, prof. İlyas Doğanın, prof. Erdal Hakimoğullularının, Məlikşah Universitetinin Hüquq Fakültəsinin dekanı, prof. Murat Şenin, Rusiya Federasiyasının Kriminalistlərin və Kriminoloqların Beynəlxalq İttifaqının Prezidenti, prof. İ.M.Maçkeviçin, Beynəlxalq Hüquqi Tədqiqatlar Fondunun rəhbəri, general-polkovnik Yevgeniy Abramovun, Moskva İqtisadiyyat və Hüquq Akademiyasının prorektoru, prof. Oleq Zayçevin, Rusiya Federasiyası Daxili İşlər Akademiyasının Beynəlxalq Elmi Mərkəzinin rəhbəri, prof. Viktor Qriqoriyevin, Rusiya Federasiyası Təhsil Nazirliyinin departament rəhbərinin müavini, prof. Serqey Paxomovun, O.E.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının dosenti Vladislav Orlovun və beynəlxalq miqyasda tanınmış digər görkəmli alimlərin məruzə edəcəkləri gözlənilir. Rusiya Federasiyasından gəlmiş qonaqların bir hissəsi Ulu Öndər Heydər Əliyevin vaxtında təhsil almış, işləmiş və ya onunla bilavasitə ünsiyyətdə olmuş tanınmış tədqiqatçılardır.

Konfrans iştirakçılarının bir qrupunun Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Konstitusiya Məhkəməsində, İnsan Hüquqları üzrə Müvəkkillikdə görüşlər keçiriləcəyi nəzərdə tutulur.

İnstitutun foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi açılacaq.

Konfransın işi ölkənin kütləvi informasiya vasitələrində işıqlandırılması nəzərdə tutulub.
Diaspora