Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan məhkəmə prosesi digər hakim Fikrət Qəribovun iştirak etməməsi səbəbindən təcirə düşüb.Əfqan Hacıyev bildirib ki, F.Qəribpv ürəyindən əməliyuat olunub.
Bundan əvvəlki bir neçə proses isə təqsirləndirilənlərdən "Təmir Təchizat Servis” MMC-nin direktoru olmuş Bayram Vəliyevin iştirak etməməsi üzendən təxirə salınırdı. B.Vəliyev də belindən əməliyyat olunub.
Məhkəmə prosesi aprelin 26-na qədər təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.