Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 391,7 milyon manatlıq xidmət göstərib. İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun da 71,4 faizi əhali tərəfindən istehlak olunub.
2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 48,5 faizi və ya 189,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.