Bakının Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi"nin ərazisində aparılan tikinti işləri zamanı ağacları kütləvi şəkildə məhv edənlər 8 il azadlıqdan məhrum edilə bilərlər.
Bu barədə virtualaz.org-a ekspert, hüquqşünas Abbas Atakişiyev bildirib.Onun sözlərinə görə, bu məsələdə ağaclar olan ərazidə tikintiyə icazə verən şəxslər məsuliyyət daşıyırlar.
"Əgər istintaq nəticəsində vəzifə səlahiyyətlərinin aşılması müəyyən olunarsa, onda ölkənin Cinayət Məcəlləsinin 208-ci maddəsinə uyğun olaraq vurulmuş zərərin ölçüsündən asılı olaraq 8 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur", - hüquqşünas qeyd edib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə “Ovçular evi" ərazisindəki binanın tikintisi dayandırılıb, tikintini həyta keçirən şirkət cərimələnib və barəsində cinayət işi qaldırılıb.