Avropa İttifaqı (Aİ) 2007-ci ildən indiyə kimi Azərbaycanda vətəndaş sektorunun 70-dək layihəsinə 90 milyon avro vəsait ayırıb.
Trend xəbər verir ki, bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.O deyib ki, bu layihələr qadınlar, sosial işçilər, jurnalistlər, hakimlərin treninqləri və s. sahələri əhatə edən layihələr olub.
M.Mard qeyd edib ki, Azərbaycan cəmiyyətinin inkişafı üçün bu əməkdaşlığı davam etdirəcəyik.
O əlavə edib ki, Aİ 10,5 milyon avro həcmində təhsil və işlə təminetmə üzrə yeni maliyyə ayırıb: "Bu layihələr Azərbaycan vətəndaşlarının xeyrinədir".