“Orduyla bağlı yayılmış video dövlət sirri hesab olunan məlumatlara aiddir“ - Reaksiya

“Orduyla bağlı yayılmış video dövlət sirri hesab olunan məlumatlara aiddir“ - Reaksiya backend

Bu gün bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı video görüntülər yayılıb. "AzerFax" xəbər verir ki, həmin görüntülərin yayılması"Diqqət! Düşmən mətbuatıdır" adlı Facebook səhifəsində pislənilib. Səhifə adminləri tərəfindən yayılmış qeydi olduğu kimi təqdim edirik:

“Diqqət” Düşmən mətbuatıdır” səhifəsi olaraq bu görüntülərin yayılmasının “Dövlət sirri haqqında” Azərbaycan Respiblikasının Qanunu ilə qadağan olunduğunu və bu kimi fəaliyyət nümunələrinin birbaşa cinayət məsuliyyəti yatadığını bildiririk. Sözügedən videogörüntü “Dövlət sirri haqqında” Qanuna uyğun olaraq tərtib edilmiş Dövlət sirri hesab olunan məlumatlar siyahısına aiddir və üzərində səlahiyyət sahibi olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin icazəsi olmadan yayılmasına yol verilmir. Həmin video, yayılması qanunla qadağan olunmuş aşağıdakı məlumatlar xarakterindədir:

“Qoşunlardan istifadənin strateji planlarını, əməliyyat planlarını, döyüşü idarəetməyə dair sənədləri, qoşunların müxtəlif dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi üzrə sənədləri, onların strateji və əməliyyat planları üzrə düzülməsini, quruculuq planlarını, döyüş hazırlığını, hərbi-siyasi və (və ya) əməliyyat şəraitini, əməliyyat (döyüş) hazırlığı vəziyyətini, fəaliyyətinin təminatlığını, səfərbərlik hazırlığını, səfərbərlik ehtiyatlarının yaradılmasını və istifadəsini, qoşunları idarəetmə sistemlərinin tərkibini və (və ya) vəziyyətini, qoşunların səfərbərlik üzrə düzülməsini, səfərbərlik üzrə düzülməsini idarəetmə sistemini və (və ya) onların şəxsi heyətlə, silah, hərbi texnika və başqa maddi vasitələrlə, maliyyə vəsaiti ilə, habelə hərbi daşımalarla təmin olunma imkanlarını, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq açıq bildirilməli olmayan qoşunların dislokasiyasını, həqiqi adını, təşkilati strukturunu, şəxsi heyətinin sayını, döyüş tərkibini və ya miqdarını açıqlayan məlumatlar”.
“Diqqət” Düşmən mətbuatıdır” səhifəsi bu kimi məluamatları yayan şəxsləri məsuliyyətli olmağa, jurnalist marağını, daha çox oxucu toplamaq həvəsini dövlət maraqlarından üstün tutmamağa çağırır. Unutmamalıyıq ki, bizi düşmən mətbuatı da izləyir və hərbi sirr təşkil edən məlumatların yayıması dövlətimiz üçün xüsusi əhəmiyyətə malik hərbi əməliyyatların pozulamasına gətirib çıxarar və yaxud lazımı effekt verməyə bilər. İnanırıq ki, media mənsubları bu məqamları nəzərdən qaçırmayacaq, Silahlı Qüvvələrimizlə bağlı xırda informasiyaya belə xüsusi həssaslıqla yanaşacaqlar".

Qeyd edək ki, "Diqqət! Düşmən mətbuatıdır" səhifəsi Jurnalist Ekspert Mərkəzinin (JEM) həyata keçirdiyi eyni adlı layihə çərçivəsində hazrlanıb. Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib.
Diaspora