“Unudulmaz teatr və kino xadimilərimiz” -Elxan Qasımov -FOTOLAR

“Unudulmaz teatr və kino xadimilərimiz”  -Elxan Qasımov -FOTOLAR backend

C.Cabbarlı adına respublika kitabxanasının böyük konfrans zalında “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək“ İctimai Birliyinin təşəbbüsü və QHT Dəstək Şurasının dəstəyi ilə “Unudulmaz teatr və kino xadimilərimiz” adlı silsilə tədbirlər planı çərcivəsindən “Əhməd haradadır?” filmində sürücü Əhməd kimi tanıdığımız Elxan Qasımovla görüş keçirilmişdir. Bu barədə QAZİLER.AZ-a “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək“ İctimai Birliyinin sədri Tofiq Əlizadə məlumat verib.

Tədbiri giriş sözü ilə acan, “Dunya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliynin prezidenti Tofiq Əli-zadə tədbir iştirakçılarına Azərbaycanın teatr və kino tarixindən qısa da olsa danısdı.O qeyd etdi ki,Dünyanın ən qadim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, mədəniyyəti,incəsənəti teatr,kino və musiqisi ilə, fəxr edə bilər. Azərbaycan teatr və kino mədəniyyəti cox zənğin bir tarixə malikdir.



Azərbaycan xalqının bir çox nəsilləri teatr və kino sənətinin təsiri altında tərbiyələnərək formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar. Xalqımızın inkişafı yolunda Azərbaycan teatrının və kinosunun xidmətləri əvəzsizdir.



Daha sonra o, rejissor Adil İskəndərovun 1963 cü ildə cəkdiyi “Əhməd Haradadır?” film barədə geniş məlumat verdi. Natiq qeyd etdi ki, filmin cəkilişindən 54 il keçsə də, bu film indi də tamaşacılar tərəfindən sevilə -sevilə baxılır. Daha sonra filmdə ki, şöver Əhməd rolunun ifacısı olan Elxan Qasımova verildi. O film barədə cox geniş məlumat verərək xatirələrini danışdı. Daha sonra Elxan Qasımov tədbir iştirakçılarının suallarını cavablandırdı.