Qənirə Paşayeva məcburi köçkün uşaqlar üçün “Kitab Günü“ keçirdi

Qənirə Paşayeva məcburi köçkün uşaqlar üçün “Kitab Günü“ keçirdi backend

Millət vəkili Qənirə Paşayeva məcburi köçkün uşaqlar üçün "Kitab Günü" keçirib.

Qaziler.az musavat.com-a istinadən bildirir ki, millət vəkili Qənirə Paşayeva məcburi köçkün ailələrinin övladlarının təhsil aldığı və Binəqədi rayonunda fəaliyyət göstərən Ağdam rayonu 149 saylı köçkün tam orta məktəbində uşaqlar üçün “Kitab Günü” keçirib. Məktəblinin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı və müxtəlif mözvularda çoxlu sayda kitablar hədiyyə edən millət vəkili Q.Paşayeva və "Hədəf" nəşrləri və Kitabevim.az-ın rəhbəri Şəmil Sadiq onları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıblar.

Qənirə Paşayeva və "Hədəf" nəşrləri və Kitabevim.az-ın rəhbəri Şəmil Sadiq onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artmasının vacibliyi istiqamətində də onlarla söhbət edib. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!", - Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”. Millət vəkili bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir.


Deputat uşaqları zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa səsləyib.


Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Məktəbin direktoru Arzu Qədirova və müəllimlər bu cür görüş və tədbirlərin əhəmiyyətinə to xunaraq kitabla bağlı belə maarifləndirmələrə böyük ehtiyac olduğunu vurğulayıb, uşaqlar kitab hədiyyə etdiklərinə görə Qənirə Paşayevaya və "Hədəf" nəşrləri və Kitabevim.az-ın rəhbəri Şəmil Sadiq təşəkkürünü bildiriblər. Millət vəkili Qənirə Paşayeva və "Hədəf" nəşrləri və Kitabevim.az-ın rəhbəri Şəmil Sadiq şagirdlərin hər birinə kitablar hədiyyə ediblər.
Diaspora