“Ay işığı” ədəbi məclisinin sədri, AYB üzvü, tanınmış şair Ramiz Qusarçaylı əməliyyat olunub. Bu barədə Kult.az-a şairin dostu Yusif Məhəmmədoğlu məlumat verib.
O, Ramiz Qusarçaylının onurğa sütununda yaranmış yırtığa görə dünən günorta saatlarında əməliyyat olunduğunu, hazırda özünü yaxşı hiss etdiyini bildirib.Yusif Məhəmmədoğlu Ramiz Qusarçaylının dostlarına salam göndərdiyini, səhhətinə görə narahat olub dəstək verənlərə təşəkkür etdiyini qeyd edib.
QAZİLER.AZ saytının rəhbərliyi tanınmış şairə can sağlığı arzulayır, ona yastığının yüngül olmasını diləyir.