Akif Təvəkküloğlu ilə bir qrup deputat arasında “AzTV gərginliyi” yaranıb

Akif Təvəkküloğlu ilə bir qrup deputat arasında “AzTV gərginliyi” yaranıb backend

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə bir qrup deputat arasında AzTv-də efir məsələsi ilə bağlı ciddi narazılıq yaranıb.

Qaziler.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bir qrup deputat artıq məsələ ilə bağlı parlament rəhbərliyinə və AzTV rəhbərliyinə müraciət etməyə hazırlaşır.

Buna səbəb parlamentin fəaliyyətinin AzTV-də işıqlandırılması zamanı deputatların efirə çıxmasının Akif Təvəkküloğlunun “senzurasın”dan keçməsidir.

Narazı deputatlar iddia edir ki, Akif Təvəkküloğlunun istəmədiyi deputatların çıxışları və yaxud görüntüləri AzTV-də efirə verilməsi üçün material göndərilən zaman kəsilərək çıxarılır. Belə bir ayrı seçkiliyin salınması, dövlət kanalında deputatlara qarşı fərqli münasibətlərin olması artıq ciddi narazılıq yaradıb.