Avropa İttifaqı ilə danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək

Avropa İttifaqı ilə danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək backend

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Görüşdə Azərbaycanın təqdim etdiyi və Aİ-nin dəyişikliklər təklif etdiyi sənəd üzrə danışıqlar aparılacaq.

Danışıqlar ilkin olaraq siyasi məsələləri əhatə edəcək.

Aİ-nin danışıqlar üzrə heyətinin rəhbəri Avropa Xarici Əlaqələr Xidmətinin əməkdaşı Luk Devindir.