Milli Məclisin üzvləri beynəlxalq tədbirlərə qatılacaqlar

Milli Məclisin üzvləri beynəlxalq tədbirlərə qatılacaqlar backend

Azərbaycan Milli Məclisinin üzvləri Türkiyədə və Danimarkada keçiriləcək beynəlxalq tədbirlərə qatılacaqlar.

Milli Məclisdən APA-ya verilən məlumata görə, deputatlar Məlahət İbrahimqızı və Musa Qasımlı IV Dünya Türk Forumunda iştirak etmək üçün aprelin 23-dən 26-dək Türkiyədə səfərdə olacaqlar. İstanbul şəhərində keçiriləcək tədbir Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə hazırlanıb.

Deputat Azay Quliyev isə ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 25-dən 28-dək Danimarkada səfərdə olacaq. Kopenhagen şəhərində qurumun təşkilati məsələlərə həsr olunmuş xüsusi iclası keçiriləcək. Tədbirdə Büro Katibliyinin fəaliyyəti ilə əlaqədar məsələlərə baxılacaq, eyni zamanda bəzi qətnamə layihələrinin və digər sənədlərin müzakirəsi aparılacaq. Səfər çərçivəsində təşkilatın “Helsinki+40” mövzusunda seminarının keçirilməsi nəzərdə tutulub.
Diaspora