Bir evdən 6 nəfər xəstəxanaya aparıldı – MİNGƏÇEVİRDƏ

Bir evdən 6 nəfər xəstəxanaya aparıldı – MİNGƏÇEVİRDƏ backend

Mingəçevir şəhərində kütləvi zəhərlənmə baş verib.

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 8-də Mingəçevir şəhəri ərazisində şəhər sakini Fərid Əliyevin evində özü, arvadı Çinarə, oğlanları Yusif və Yunis, habelə qonaqları Günay Məmmədova və Mahir Süleymanov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.