Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 22-si "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) XəzərXəbər-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.