QAT sədri erməni yalanlarından danışıb - TÜRKİYƏDƏ

QAT sədri erməni yalanlarından danışıb - TÜRKİYƏDƏ backend

Qarabağ Azadlıq Təşkilatından QAZİLER.AZ-a verilən məlumata görə, Türkiyənin Kocaeli Universitetində “Erməni yalanları və Qarabağ həqiqətləri” mövzusunda konfrans keçirilib.

Konfrasda Universitetin müəllim – tələbə heyəti, tədqiqatçı alimlər iştirak ediblər. Kofransa həmçinin Kocaeli Valisinin Müavini Adnan Çimən, və diğər rəsmilər qatılıb.
Universitetin Tarix Bölümünün başqanı, Doç. Dr. Esma Torun konfransı giriş sözüylə açıb, iştirakçılara tədbirin mahiyetiyle bağlı məlumat verib. TADEF Başqanı Bilal Dündar, Qarabağ Azadlıq Təşkilatı sədri Akif Nağı, Tarix elmləri doktoru, prof. Haluk Səlvi məruzələrlə çıxış ediblər. Bilal Dündar bildirib: “Biz keçmişimizi öyrənməsək, gərçəkləri ortaya çıxartmasaq, irəliyə gedə bilmərik”.

Konfransda çıxış edən QAT sədri Akif Nağı isə vurğulayıb: “Ermənilər 1915-ci ilde Osmanlı Dövlətində soyqırım törətməyə cəhd etdilər, rusların köməyilə, təkçə Vanda 100 mindən artıq, adamı qətlə yetirdilər. Osmanlı hökuməti, onların qarşısını aldı, başqa yerlərə köçürməyə məcbur oldu. Nəticədə ermənilər Osmanlı Dövlətində törədə bilmədikləri qətliamı, üç il sonra 1918-ci ildə Azərbaycanda törətdilər.”

Daha sonra çıxış edən, Haluk Səlvi deyib: 1915-ci ildə Osmanlı Hökuməti, erməniləri köçürmək zorunda qaldıkda orada cəmisi 600 min erməni yaşıyırdı. Köçürülmə vaxtı 55 min erməninin öldüyü məlumdur, onlardan da 30 mini xəstəlikdən dünyasını dəyişib.”

Müzakirələrdə Qarabağ Azadlıq Təşkilatının Türkiyə Nümayəndəliyinin rəhbəri Cafər Dal, Pusula Düşüncə dərnəyinin başqanı, doktor doçent Volkan Şenel, ictimai fəal Eyüp Ufuk Mansuroğlu, Azərbaycanlı tələbələr və diğərləri iştirak etdilər.
Sonda valiliyin rəsmisi, Adnan Çimən məruzəçilərə, xatirə plaketləri təqdim etdi.
Diaspora