Ramiz Rövşənə ağır itki

Ramiz Rövşənə ağır itki backend

Tanınmış şair Ramiz Rövşənin qardaşı dünyasını dəyişib.

QAZİLER.AZ-ın məlumatına görə, bu barədə publika.az-a Ramiz Rövşənin qardaşı Yaşar Əliyev məlumat verib.

Yaşar Əliyev bildirib ki, qardaşları Eyvaz ağciyər xərçəngindən vəfat edib: “Xəstəlik uzun müddət olub, amma bilməmişik. Xəstəliyi biləndə isə artıq gec idi. Bu gün Əmircanda, atamın qəbrinin yanında dəfn edəcəyik”.

Xatırladaq ki, sabah Suraxanı dairəsindəki mərasim evində mərhumun üç mərasimi olacaq. Məclis bu gün də olacaq.

QAZİLER.AZ saytının kollektivi hörmətli şair Ramiz Rövşənə qardaşının vəfatı münasibəti ilə başsağlığı verir və ona səbr diləyir.

Allah rəhmət eləsin!


QAZİLER.AZ