"Ölkə.Az" xəbər verir ki, hücum nəticəsində 6 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. ABŞ tərəfi İdlibdə baş verən kimyəvi hücumun Şayrat hərbi bazasından qalxan təyyarələr tərəfindən edildiyi iddiası ilə buraya raket zərbələri endirib.
Suriyanın cənubunda yerləşən Şayrat hərbi hava bazasında üç donanma var. İki uçuş zolağı olan bazada 30 təyyarə var."Ölkə.Az" hücumdan sonra Şayrat bazasının çəkilən fotolarını təqdim edir.