“X-Trem Move” İsveçrə idman assosiasiyasının idmançıları Kevin Krupi və Yoann Roiq və Azərbaycanın “Gilavar” Ekstremal İdman Klubunun iki üzvü Həsən Məmmədzadə və Ayaz Qurbanovun iştirakı ilə Bakıda parkur idman növündə nümayiş olacaq. Bu barədə QAZİLER.AZ-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat verilib.
Aprelin 8-də Qız Qalasının qarşısında saat 15.00-da baş tutacaq parkur və açıq hava şousunun təşkilatçıları İsveçrənin Azərbaycandakı səfirliyi, "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Presence Switzerland agentliyidir.Qeyd edək ki, parkur idman növü 1980-ci illərdə hərbi maneə təlimlərinin verdiyi ilham nəticəsində yaranıb və bu gün artıq akrobatik ekstremal idman hesab edilir.
_1491566580.jpg)
Bu idman növündə divar, baryerlər, ağaclar və ya pilləkanlar kimi şəhər elementlərindən maneə kimi istifadə olunur. Bu maneələrdən idmançılar hərəkətin müxtəlif növləri – qaçış, dırmanma, yellənmə, tullanma, təkanvermə və s. istifadə edərək mümkün qədər effektli və sürətlə keçməlidirlər.