Yerli sexlərdə yığılan mebellər italyan, rumın və ya Türkiyə mebeli adı ilə satılır.
Xezerxeber.az məlumat verir ki, müştərilər baha qiymətə və xarici marka adı altında mebelləri alıb evlərinə gətirdikdən bir müddət sonra aldadıldıqlarının fərqinə varırlar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, onlara tez-tez bu problemlə bağlı şikayətlər daxil olur.
Ekspert deyir ki, insanlarda belə düşüncə var ki, xaricdən gələn məhsul daha yaxşı olur. Buna görə də yerli istehsalçılar çox vaxt öz məhsulumuzu da xarıcı adı ilə satmağa məcbur qalır.
Eyyub Hüseyinov hesab edir ki, əslində Azərbaycanda kifayət qədər keyfiyyətli mebellər istehsal olunur. İstehsalçılar çox vaxt belə mebelləri də xarıcı adı ilə satırlar. İstehlakçını aldatmaqdansa, yaxşı olardı ki, öz brendlərimiz yaransın və onun təşviqi aparılsın.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: