UNEC-in aprel döyüşlərində şəhid olan məzunlarının xatirəsi anılıb

UNEC-in aprel döyüşlərində şəhid olan məzunlarının xatirəsi anılıb backend

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) auditoriyalarında aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

UNEC-dən AZƏRTAC–a bildirilib ki, universitetin müəllim və tələbələri şəhidlərin ailə üzvləri ilə birlikdə onların məzarını ziyarət ediblər.

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov, iqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev bildiriblər ki, şəhidlər Tural Dadaşov və Mahir Mirzəyev ölümlərindən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəli medalla təltif ediliblər. Çıxış edənlər bunu şəhidlərimizə verilən yüksək dəyər kimi qiymətləndiriblər.

T.Əhmədovun və M.Mirzəyevin valideynləri övladlarının qorxmazlığından, vətənsevərliyindən söz açıb, onlarla fəxr etdiklərini bildiriblər.

Şəhidlərin müəllimləri, tələbə yoldaşları onlarla bağlı xatirələrini bölüşüblər.