“Bakı Dairəvi-1“ yolu bu gün bağlı olacaq - Sürücülərin nəzərinə!

“Bakı Dairəvi-1“ yolu bu gün bağlı olacaq - Sürücülərin nəzərinə! backend

Bu gün Bakıda daha bir yol bağlı olacaq.


“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qurum tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Anoloji işlər bu gün "Bakı Dairəvi-1" avtomobil yolunda aparılır. Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq.